Rusiya yığmasının Bakıya gələcəyi tarix bəllidi. Fanat.az xəbər verir ki, Fabio Kapellonun yetirmələri ölkəmizə oktyabrın 14-də gələcək.
Bu gün və sabah isə şimal qonşularımız Moskvada iki açıq məşqə çıxacaq. Ayın 14-də isə rəqibingörüşün baş tutacağı “Bakcell Arena”da açıq məşqi olacaq. Məşq saat 18.30-da start götürəcək. 19.30-da italiyalı mütəxəssisin mətbuat konfransı düzənlənəcək.
Azərbaycan – Rusiya matçının start fiti oktyabrın 15-də 22.00-da səsləndiriləcək.
Fanat.az