"Oyuna yaxşı hazırlaşırıq. Sabah qələbə qazanmaq istəyirik. Rusiya yığmasının futbolçularının güclü və zəif cəhətləri meydanda görünür. Ona görə də diqqətli olmalıyıq". Fanat.az xəbər verir ki, bu sözləri millimizin məşqçisi Nazim Süleymanov deyib.
Bu gün keçirilən mətbuat konfransına qatılan Süleymanov futbolçularımızın Rusiyada oynaya biləcəyini bildirib: "Futbolçularımız Rusiyada oynaya bilər. Sadəcə, istək olmalıdı. Qol vurmaq üçün zərbə, zərbə vurmaq üçün isə istək lazımdı. Rusiyada futbolçuların sürəti artıb. Biz oynadığımız dövrlə müqayisədə maliyyə baxımından da yüksəliş var".