"Qəbələ"nin 12 yaşadək futbolçulardan ibarət komandasının da iştirak etdiyi "Young Talents-2013" turnirinə start verilib. Fanat.az xəbər verir ki, təmsilçimiz günə bir xalla yekun vurub.
İlk oyunda "Young Talents" komandasına 0:5 hesabı ilə yenilən "Qəbələ" ikinci görüşdə "Rubin"lə üz-üzə gəlib. Hesabı "Rubin" açıb. Lakin həvəsdən düşməyən Ramin Quliyevin yetirmələri status-kvonu bərpa etməyi bacarıblar. "Qəbələ"nin heyətində Həmid Vəliyev fərqlənib və matçın hesabını müəyyənləşdirib - 1:1.
Sabah "Qəbələ" qrup mərhələsi çərçivəsində daha 2 oyun keçirəcək. Təmsilçimiz öncə "Dinamo" (Kirov, Rusiya), ardından isə "Baltika" (Kalininqrad, Rusiya) ilə münasibətlərinə aydınlıq gətirəcək.
Fanat.az