Transfer işlərini erkən bitirmək istəyən "Beşiktaş" "Trabzonspor"un müvəffəqiyyətli qapıçısı Tolqa Zengin və "Millonairos"un gənc ulduzu Pedro Franco ilə maraqlanır.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, klubun futbol direktoru Öndər Özen xüsusilə kolumbiyalı ulduzun transferində olduqca israrlıdır. Təxminən 5 milyon avroluq bir qiyməti Franco üçün danışıqlarda olan klub endirim əldə etmək istəyir.
"Trabzonspor"un təcrübəli qapıçısı Tolga üçün də işlər davam edir. "Beşiktaş" qapıçı üçün 3 milyon avro verməyə hazırdır.
İdman24.az