Milli komandamızın qapıçısı Kamran Ağayev uzun müddət yaşıl meydanlardan kənarda qala bilər. Fanat.az xəbər verir ki, buna səbəb qolkiperin zədələnməsi olub.
Menisk zədəsi olan Ağayev sabah Türkiyəyə müayinəyə yollanmalıdı. Qapıçının vəziyyəti ilə bağlı qərarı yerli həkimlər qardaş ölkədəki müayinələrin nəticəsindən sonra verəcək.
Fanat.az