Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv komandada qalacaq. Fanat.az xəbər verir ki, alman mütəxəssis federasiya ilə 2016-cı ilədək yeni müqavilə bağlamağa hazırlaşır.
Almaniya Futbol İttifaqının (DFB) sabah Frankfurtdakı mənzil-qərargahında qurumun rəhbəri Volfqanq Niersbax, Helmut Sandrok və milli komanda rəhbərliyinin iştirakı ilə mətbuat konfransı keçiriləcək. Toplantıda Lövün müqaviləsinin 2 illik uzadılmasının elan olunacağı iddia olunur.
Fanat.az