"Bayern Münih"in ulduz oyunçusu Frank Riberi komanda yoldaşı Aryen Robbenin özünü çox inkişaf etdirdiyini və bu mövsüm əldə edilən müvəffəqiyyətlərdə böyük bir əməyinin olduğunu söylədi.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, Riberi "Onunla çox danışdıq. Ona kimin qol vuracağının əhəmiyyətli olmadığını və əhəmiyyətli olanın "Bayern Münih"in müvəffəqiyyəti olduğunu söylədim. Bura FK Ribery və ya FK Robben deyil. Yalnız "Bayern Münih"in uğuru üçün hamımız bir-birimizə kömək olmalıyıq. Bunu bu mövsüm bacardıq və buna görə çox güclü idik. Robben də stilini dəyişdirib komanda üçün oynamağa başladı", deyib.
İdman24.az