14:27 22.10.2013 713

Milli yanlış seçim üzündən geriləyəcək!- ACI GERÇƏKLİK

DÇ-2014-ün seçmə mərhələsini 9 xalla tamamlayan milli öz rekordunu yeniləməklə yanaşı tarixində ilkdəfə qrupunda 4-cü oldu. FİFA-nın reytinq sıralamasında 88-ci yerə yüksələn yığma azarkeşlərinə təsəlli sevinci bəxş etdi. Təbii, Berti Foqtsun komandasının geriləməməsini, yerində saymamasını hamımız arzulayırıq. İrəliləmək fürsətini qaçırmaq olmaz. İmicin yaxşılaşması uğurlu gələcək baxımından çox şey vəd edir. Ali futbol qurumunun bayrağı altında keçiriləcək növbəti matçlarda müsbət nəticələr qazanmaq vəziyyəti daha da yaxşılaşdırmağın yeganə yoludu. Hərçənd yoldaşlıq görüşləri üçün tapılan rəqiblərin kimliyi də vacibdi.

 

“Nəhəng” lazım deyil

Adətən AFFA-nın bizimkilərlə gücünü sınamağa razı saldığı komandaların adlarını eşidəndər ciddi narazılığımızı gizlətmir. “Cırtdanlar” və Asiya ölkələrindən əl çəkməyən futbol başbilənləri həmişə münasib rəqib tapmağa çətinlik çəkir. Düzdü, millidən 2 baş güclülərlə - İspaniya, İtaliya, Argentina, Hollandiya, Almaniya, Fransa və bu sambalda digərləri ilə qarşılaşmağın mənası yoxdu. Böyük məbləğdə pulları nəhəngləri razı salmaq üçün havaya sovurub ardından darmadağına üzülmək kimə lazımdı? Çoxları belə kollektivlərlə duellərin yaxşı reklam olduğunu iddia edir. Ancaq meydanın özünə aid hissəsini tərk edə bilmirsənsə, 90 dəqiqə müdafiə olunub biabırçı hesabla uduzursansa, çətin ki, həmin matçı izləyənlərin rəğbətini qazanasan. İspaniya ilə oyunu və həmin matçda qeydə alınan acınacaqlı 0:6-nı xatırlatmaq yetər.

 

Zəhmət çəkin, ortabab tapın

Yığma reytinq sıralamasında özündən irəlidəki orta səviyyəli rəqiblərlə qarşılaşmalıdı. Uels, Albaniya, Sloveniya, Şimali İrlandiya kimi komandalarla görüşdə həm çatışmazlıqları qaydaya salmaq imkanı yaranar, həm də təmsilçimiz ayağı top tutanlarla oyunda normal futbol ab-havası görər. Ümumiyyətlə sınaqçı-rəqib seçimi qarşıdakı rəsmi görüşlərə birbaşa hazırlıq xarakteri daşımalıdı. Eyni zamanda, futbolun inkişafına cavabdeh olanlar “birinci skripka” rolunu üzərinə götürməyə hazır olmayan yığmanı müdafiə futbolu oynayanlar önünə çıxarmamalıdı. Foqtsun yetirmələri özündən müəyyən qədər güclü kollektivlərlə üz-üzə gəlməlidi. Milli gözdən pərdə asmaq, yaxşı nəticələrin sayını ciddi komandalarla üzləşməkdən qaçaraq artırmaq istəmirsə, məhz belə olmalıdı. Malta, Lixtenşteyn, Hindistan, Tacikistan, Qazaxıstan, Türkmənistan “çəkidə” “qapazaltılar”ı yaddan çıxarmalıyıq. Özünə hörmət edənləri Azərbaycanla oynamağa razı salmağın üsulunu tapmaq AFFA-dakıların işidi. Bu problemi hər dəfə ortaya atmaq heç kimə bəraət qazandırmır. Zəhmət çəkin, ortabab tapın.

 

Seçiminizə görə geriləyəcəyik!

 

FİFA noyabrda keçiriləcək yoxlama oyunlarının reytinqə nə dərəcədə təsir edəcəyini açıqlayıb. Milli komandasının Estoniya və Qırğızıstanla səfərdə keçirəcəyi matçların faydası bəllidi.

Hər 2 rəqib zəif komanda olduğundan, üstəlik matçlar yoxlama xarakteri daşıdığından bu görüşlər yığmanın irəliləyişinə imkan verməyəcək. Hətta sonuncu rəqibimizin Asiya təmsilçisi olması işləri əməlli-başlı korlayacaq.

Estoniya ilə noyabrın 15-dəki Tallində baş tutacaq görüşdə qələbə 303, heç-heçə 101 xal gətirəcək. Asiya təmsilçisi ilə 4 gün sonrakı qarşılaşmada isə bu rəqəmlər uyğun olaraq 139 və 46,5-ə bərabərdi. Şübhəsiz, xallar ümumi reytinqə təsirsiz ötüşməyəcək.

 

 Hazırda 407 xalla planetin 88-cisi olan Berti Foqtsun yetirmələri 2 qələbə qazansa belə, geriləmək təhlükəsi ilə üzləşəcək. Çünki 2 qələbə birlikdə 407-yə bərabər olan xalımızı 399-a qədər azaldacaq. Nəticədə hardasa “geri 2 addım atacağıq”. Çünki hazırki siyahıda 399 xal yalnız 90-ci yer üçün yetərlidir. Düzdür, FİFA reytinqindəki qonşularımızın da xal itirməsi işimizə yaraya bilər. 2 qələbənin xalımızın azaldacağı bəllidisə, bu matçların birində uduzmaq acınacaqlı sonu qaçılmaz edəcək. Lap Tallində bərabərə qalsaq belə, qırğızlara 5 top vurmağın da əhəmiyyəti yoxdu.

 

NİHAT, "Futbol+"

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X