19 yaşlı futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatında uğursuz çıxış etməsi baş məşqçi Arif Əsədovun istefasını gündəmə gətirmişdi. Əsədov özü də bildirmişdi ki, rəhbərliklə görüşdükdən sonra istefaya getməsi mümkündü.
Fanat.az xəbər verir ki, artıq tərəflər arasında görüş baş tutub. Nəticə isə fərqli olub. Baş katib Elxan Məmmədovla görüşən Pro lisenziyalı məşqçi ilə yola davam qərarı alınıb. Belə ki, Əsədovun qarşıdakı 1 ildə də U-19 yığmasına rəhbərlik edəcəyi dəqiqləşib. Bunu baş məşqçi özü də təsdiqləyib.
futbol11.az