"Qarabağ" "Xəzər Lənkəran"la oyunun hazırlıqlarına başlayıb. Fanat.az xəbər verir ki, Premyer Liqanın XI turunda Lənkərana səfər edəcək Ağdam klubu bu gün tam heyətlə məşqə çıxıb.
Bazar günü "Sumqayıt"la (3:0) baş tutan oyunun səhəri günü bərpa məşqi keçən komanda dünən istirahət etmişdi. Bu gündən isə 2 çalışmayla hazırlıqlar sürətlənib. "Qarabağ"ın səhər məşqi saat 11.00-da ADBTİA-nın stadionunda baş tutub. Komanda axşam məşqini də eyni məkanda keçəcək. "Qarabağ" sabah da Bakıda məşq edib cümə günü Lənkərana yola düşəcək.
Fanat.az