Transfer işlərini davam etdirən "Qalatasaray"ın "Bordeaux" forması geyən Benoit Tremoulinasa təklif göndərdiyi bildirilir.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, fərqli bir macəraya atılmaq istədiyini söyləyən 28 yaşlı futbolçu "Bu an üçün qəti bir şey deyə bilmərəm, amma bu mövzunu yaxın çevrəmdəkilərlə çox danışdım. Yeni bir dil, yeni bir klub, yeni bir mədəniyyət və ən əhəmiyyətlisi ideallarım üçün bəlkə də ən yaxşısı ayrılmağım olacaq. Ehtiyacım olan budur", deyib.
Tremoulinas ilk təklifi "Dinamo Kiyev"dən aldığını söyləyib: "Bu günə qədər heç yüksək səviyyədə oynamaq şansı tapa bilmədim. "Leverkuzen"in də klubumla əlaqəyə keçdiyini bilirəm. Çempionlar Liqasında yaxşı oyun nümayiş etdirən "Qalatasaray" və Rusiyadan bir neçə klub məni istəyir".
İdman24.az