12:55 24.10.2013 695

Mais Mənsimov: "Sadıq Sadıqov belə bir ifadə işlətdi ki..."

"Xəzər Lənkəran"ın prezidenti Mais Mənsimov Naxçıvanda keçirilən Azərbaycan Superkuboku uğrunda matç sonrası klubun rəsmi saytına müsahibə verib.
 
- Mais müəllim, ilk olaraq sizi “Xəzər Lənkəran”ın Azərbaycan kubokunun qalibi olması münasibətilə təbrik edirik.
- Çox sag olun. İlk olaraq fürsətdən istifadə edib ölkəmizdə keçirilən prezident seçkilərində növbəti dəfə qalib olaraq Azərbaycan Respublikasının prezidenti seçilən cənab İlham Əliyevi “Xəzər Lənkəran” klubu adından təbrik edirəm. Cənab İlham Əliyevin idmana göstərdiyi xüsusi diqqət və qayğını biz “Xəzər Lənkəran” klubu olaraq həmişə hiss etmişik. Prezidentimizin yürütdüyü daxili və xarici siyasəti həmişə dəstəkləyərək onun arxasında olmuşuq. Bu gündə Naxçıvanda keçirilən Superkubok matçını məhz futbolun kütləviləşməsinə dair bəndin yer aldığı ölkə prezidentinin “Futbolun İnkişafına Dair Dövlət Proqramı”nın bir parçası kimi qəbul edirik.
 
- Naxçıvanda ilk dəfə idi ki, ölkə futbolu adına belə bir əhəmiyyətli matç keçirilirdi. Təşkilatçılıqdan bir klub prezidenti olaraq razı qaldınızmı?
- Sözün düzü özümüzü evdəki kimi hiss etdik. AFFA prezidenti cənab Rövnəq Abdullayevə minnətdarıq ki, bu oyunu məhz qədim diyarımız olan Naxçıvana salınmasına göstəriş vermişdi. Rövnəq müəllim bölgələrdə futbolun inkişafı üçün həmişə çalışıb və bu yöndə üzərimizə bizim də “Xəzər Lənkəran” klubu olaraq nə düşürsə həmişə əlimizdən gələni etmişik, bundan sonra da edəcəyik. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri cənab Vasif Talıbova isə xüsusi minnətdarlığımı bildirirəm. Onun tapşırığı ilə burada olduğumuz müddətdə ən kiçik problem belə yaşanmasına imkan verilmədi. Vasif müəllimin göstərişi ilə gənclər və idman naziri Azad Cabbarov hər gün yanımızda olur, problemlərimizlə maraqlanırdı. Bir sözlə belə təşkilatçılıq ən xoş sözlərə layiqdi. Bir daha başda cənab Vasif Talıbov olmaqla hamıya klubumuz adından təşəkkür edirəm.
 
- Matç yetərincə gərgin alındı və sonda “Xəzər Lənkəran” qalib gəldi. Oyundan öncə futbolçularla görüşdünüz. Bilmək olarmı komandaya nələr söylədiniz?
- Mən futbolçularıma həmişə inanmışam. Onların potensialının bu gün qalib gəlməyə yetərli olacağına inandığımı bildirdim. Matçda onlardan layiqli oyun, qələbə gözlədiyimi söyləyərkən futbolçularda hamılıqla qələbə qazanacaqlarına söz verdilər. Gördüyünüz kimi komandamız layiqli oyunla qalib gəldi və verdikləri sözə əməl etdilər.
 
- Azarkeşlərdən söz düşmüşkən, stadionda yetərincə “Xəzər Lənkəran”ı dəstəkləyən azarkeş vardı...
- Elədi. Əslində etiraf edim ki, “Xəzər Lənkəran”ın Naxçıvanda bu dərəcədə sevildiyini bilmirdim və bununla qürur duydum. Biz özümüzlə Naxçıvana heç bir azarkeş aparmamışdıq. Hətta VİP lojada onlarla naxçıvanlı azarkeş hər iki klubun rəsmilərinin yanında “Xəzər Lənkəran”a azarkeşlik etdiklərini söylədilər. Bundan başqa mənə məlumat verildi ki, burada az sayda cənublu tələbələr də var və onlar da komandamızı dəstəkləyənlər arasında idilər. Mən bizə inanan, bizi dəstəkləyən bütün insanlara minnətdarlıq edirəm.
 
- Qələbə topu vurularkən sevincinizin həddi-hüdudu yox idi. Maraqlıdı, hesab bərabərləşərkən qələbəyə inamınız itməmişdi ki?
- Əsla! Bu gün biz çox gözəl oynadıq. Hətta oyundan sonra “Neftçi” klubunun prezidenti Sadıq Sadıqovda məni təbrik edərkən belə bir ifadə işlətdi ki, “Siz qələbəyə layiq idiniz!”. Ona görə də final fitinə qədər futbolçularıma, baş məşqçimiz Con Toşaka inanırdım.

- Con Toşakın adını çəkdiniz. Təcrübəli mütəxəssis Avroliqadakı oyun sonrası istefa vermək istərkən siz klub prezidenti olaraq onun istefasını qəbul etmədiniz. Bu gün nə qədər doğru addım atdığınız bir daha sübut olundu. Bununla razısızmı?
- Bəli. Çünki, Toşakın səviyyəsini müzakirə etmək belə yersizdi. Onun klubumuzun başına gətirilməsi Azərbaycan futbolunun inkişafı, təbliğatı adına çox böyük bir addımdı. Cənab Toşaka klub rəhbərliyi olaraq həmişə inanmışıq, onun arxasında olmuşuq. Çox doğru qeyd etdiniz ki, o vaxtı biz doğru addım ataraq onun istefasını qəbul etmədik. Bu gün “Xəzər Lənkəran” ölkə çempionatında hansı yerdə qərarlaşmasından asılı olmayaraq ən baxımlı futbol oynayan komandadır. İnanıram ki, “Xəzər Lənkəran” bu mövsüm qarşısına qoyduğu məqsədlərə Con Toşakın təcrübəsi və bacarığı ilə nail olacaq.
 
- Bir daha sizi “Xəzər Lənkəran”ın Azərbaycan Superkubokunun qalibi olması münasibəti ilə təbrik edirəm.
- Sizdə sağ olun! Bir daha başda fəxri prezidentimiz Mübariz Mənsimov cənabları olmaqla bütün azarkeşlərimizi klub prezidenti olaraq təbrik edirəm.

lankaranfc.com
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

Facebookdan bizi izləməyi unutmayın.
X