Forbes jurnalı dünyanın ən varlı idmançılarının adlarını açıqlayıb.
Qaynar.info-nun məlumatına görə, jurnalın hazırladığı dünyanın ən çox qazanan 100 idmançısı siyahısına amerikalı qolfçu Tiger Vuds başçılıq edir. Vudsun illik gəliri 78 milyon 10 min dollar təşkil edir.
İkinci sırada isə 71 milyon dollarla isveçrəli tennisçi Roje Federer qərarlaşıb. Onu " Los Angeles Lakers"in basketbolçusu Kobi Bryant təqib edir. Amerikalı ulduzun illik gəliri isə 61 milyon 900 min dollar təşkil edir.
İdman24.az