Qol.Az-ın məlumatına görə, Hollandiyanın "Villem II" klubunda forma geyinən futbolçu Bakıya yola düşməzdən əvvəl matçın onlar üçün çətin keçəcəyini bildirib:
"Azərbaycanla oyuna yaxşı hazırlaşmışıq. Bununla belə, Bakıda bizə oynamaq çətin olacaq. Çünki rəqib doğma azarkeşlər önündə oynayacaq. Təbii ki, bu görüşdə minimum vəzifəmiz 1 xal qazanmaqdır. Qələbə qazana bilsək, qrupdakı vəziyyətimizi xeyli yaxşılaşdırmış olarıq. Hansı taktika ilə oynayacağımıza isə baş məşqçi qərar verəcək".
Qeyd edək ki, Azərbaycan - Lüksemburq oyunu sabah, saat 21:00-da, "Bakcell Arena"da keçiriləcək.
İdman24.az