Premyer Liqanın 12-ci turunda Bakıda “böyük oyun”a çıxacaq “Xəzər Lənkəran” məşqlərini Lənkəranda sürdürür. Fanat.az xəbər verir ki, dünən və bu gün ehtiyat meydanda hazırlığını davam etdirən“gəmiçilər” əsasən taktiki planda çalışmalara üstünlük verir.
Zədə səbəbindən komanda ilə birgə məşqlərə qatıla bilməyən Junior Nildo fərdi qaydada onun üçün hazırlanmış xüsusi proqramla bərpa məşqləri keçir. Bu gün keçirilən məşqdə daha üç futbolçu hazırlıqdan kənarda qalıb. Müdafiəçi Rasim Ramaldanov “Qarabağ”la oyunda qabırğa nahiyəsindən, qapıçı Duqlas Leyte və müdafiəçi Vanderson Skarduelli də əzələ nahiyələrində olan ağrılar səbəbi ilə məşqi kənardan izləyib. Futbolçuların hər üçünün qarşıdakı günlərdə məşqlərə qoşulacağı ehtimal olunur.
“Xəzər Lənkəran” sabah səhər məşqini keçirdikdən sonra paytaxta yola düşəcək. Komanda iki günü Bakıda məşq edəcək.
Fanat.az