“Neftçi” bu gün baş tutacaq “Böyük oyun”dan öncə azarkeşlərə müraciət edib. Fanat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, AFFA İntizam Komitəsinin (İK) avqustun 27-də çıxardığı qərara əsasən 2013/14 mövsümü Topaz Premyer Liqası və ölkə kuboku uğrunda “Neftçi” və “Xəzər Lənkəran” klubları arasında keçiriləcək oyunlarda qonaq komandanın azarkeşlərinin stadionlarda iştirakına qadağa qoyulub.
“Neftçi” də bu qərara hörmətlə yanaşmağa borcludu. Qərara uyğun olaraq Topaz Premyer Liqasının XII turu çərçivəsində keçiriləcək “Neftçi” - “Xəzər Lənkəran” oyununun biletləri yalnız meydan sahibi komandanın azarkeşləri üçün satışa çıxarılıb və biletlərin hamısı onlar tərəfindən alınıb. “Neftçi” PFK sonda azakeşlərdən AFFA İK-nın qərarına hörmətlə yanaşmağı xahiş edib.
Qeyd edək ki, əzəli rəqiblərin dueli 19.00-da başlayacaq. “Bakcell Arena”da reallaşacaq qarşılaşmaya biletlərin qiyməti 1 manat təşkil edir.
Fanat.az