İyulun 4-dən 7-dək Bakıda motorlu qayıqsürmə üzrə (Formula-2) Grand Prix 2013 yarışı təşkil ediləcək. Azerisport.az xəbər verir ki, bununla bağlı iyunun 6-da Bakı Biznes Mərkəzində mətbuat konfransı keçirilib.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb, idmançılarımızın qazandıqlarını nailiyyətləri yüksək qiymətləndirib. Tədbirdə bildirilib ki, Azərbaycanda ilk dəfə olaraq Formula-2 yarışları keçiriləcək. Azərbaycanın mötəbər tədbirlərə yüksək səviyyədə ev sahibliyi etmə təcrübəsi var. Bu yarışında yüksək səviyyədə həyata keçiriləcəyinə əminlik ifadə olunub.
Qeyd edək ki, mətbuat konfransında yerli mətbuat nümayəndələri ilə yanaşı ABŞ, Türkiyə, Böyük Britaniya, Fransa, Finlandiya, Malta, Macarıstan və İspaniyadan qeydiyyatdan keçmiş jurnalistlərdə iştirak ediblər.
İdman24.az