2012/13 mövsümünü 4-cü pillədə başa vuran "İnter"in əvəzedici komandası çempionat başa çatandan sonra istirahətə yollanıb.
İyunun 17-də "İnter"in istirahəti başa çatacaq və komanda "Şəfa" stadionunda məşqlərə başlayacaq. Ayın 20-də isə klubun əvəzediciləri Qusara yollanacaq. Komanda Qusar Olimpiya Kompleksində təlim-məşq toplanışı keçirəcək. Həmin toplanış iyulun 5-nə kimi davam edəcək.
Qeyd edək ki, daha sonra klubun əvəzedici komandası ikinci toplanışa yollanacaq, lakin bu toplanışın keçiriləcəyi məkan hələ məlum deyil.
Əlavə edək ki, Qusar toplanışında "İnter" bir yoxlama görüşün keçirilməsini planlaşdırır.
İdman24.az