Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvvləri Premyer Liqanın XII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Xəzər Lənkəran" "Böyük oyun"da 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 1000 manat cxərimələnib. Matçın gedişində stadionun diktoru tərəfindən “Neftçi”nin azarkeşlərinə öz komandalarını dəstəkləməyə çağırış xarakterli şüarlar səsləndirildiyinə görə paytaxt klubu 2000 manat cərimə olunub.
"Bakı" və "Simurq" 4 futbolçusu sarı vərəqə aldığından 1000 manat ödəyəcək. "İnter" isə "Rəvan"la matç başa çatdıqdan sonra oyunun videoyazısını təqdim etmədiyi üçün eyni məbləğdə cərimələnib.
Fanat.az