Münhen “Bavariya”sı iki aparıcı futbolçusu ilə müqavilənin müddətini uzadıb. Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 35 yaşlı belçikalı müdafiəçi Daniel van Buyten və 30 yaşlı fransalı yarımmüdafiəçi Frank Riberi ilə müqavilə yenilənib.
Yeni sözləşməyə əsasən, Buyten 2014-ci ilin iyunna, Riberi isə 2017-ci ilin iyununa kimi “Bavariya”da oynayacaq.