"Barselona"nın və İspaniya millisinin yarımmüdafiəçisi Xavi Hernandez evlənmək qərarına gəlib.
Qaynar.info-nun məlumatına görə, dünya və Avropa çempionunun toy mərasimi iyulun 13-də keçiriləcək.
Futbolçunun gələcək həyat yoldaşı il yarım əvvəl tanış olduğu Nuriya Kunilleradır.
Toy mərasimi Blanses şəhərciyində keçiriləcək və yalnız futbulçunun dostları və yaxınları dəvət olunacaq.
Cütlük bal ayını isə Seyşel adalarında keçirəcək.
İdman24.az