Döyüş sənətləri çempionu İrina Rıbnikova hamamda ölüb.
Fanat.Az xəbər verir ki, buna səbəb onun "iPhone" telefonu olub. Sibirin Bratsk şəhərində yaşayan 15 yaşlı idmaçı çimmək üçün hamama girib və telefonunu da aparıb. Telefonu şarj etmək üçün qoşan qızın bu addımı son olub. Bir qədər sonra "iPhone" suya düşüb və bu İranının ölümü ilə nəticələnib. Onun cəsədini ailəsi tapıb.
İki ay əvvəl Rusiya çempionu olan İrinanın ən böyük arzusu dünya çempionu olmaq imiş. Yerli mediaya danışan idmançının bacısı Tatyana "Ürəyimiz qırıldı, onsuz evimiz bomboş görünür" deyib.
Fanat.Az