"Milan"ın vitse-prezidenti Adriano Galliani "Real Madrid"in oyunçusu Rikardo Kakanın qocaldığını və onu transfer etmək istəmədiklərini bildirib.
İdman24.az-ın məlumatına görə, Kaka ilə maraqlanmadıqlarını qeyd edən Galliani "Kakanın artıq 31 yaşı var. "Milan" üçün çox qocadır", deyib.
Qeyd edək ki, Kakanın 2015-ci ilə qədər müqaviləsi var.
İdman24.az