13:22 07.06.2013 954

Azərbaycan yığması qitə birinciliyinə hazırlaşır

Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası bu il iyulun 22-dən 28-dək Fransanın Camrai şəhərində Avropa çempionatında mübarizə aparacaq. Apasport.az saytının məlumatına görə, 2011-ci ildə koreyalı məşqçilərin rəhbərliyi ilə iki ildən bir keçirilən qitə birinciliyində uğursuz çıxış edərək yüksək dəstəni tərk edən yığmamız hazırda baş məşqçi Adil Paşayevin başçılığı altında yenidən Avropanın 8 ən güclüsü sırasına vəsiqə qazanmaq üçün ciddi hazırlıq keçir.  Bu məqsədlə millimiz iyunun 4-də təlim-məşq toplanışı və yerli hokkeyçilərlə bir-neçə yoxlama oyunu keçirmək üçün İtaliyaya yola düşüb. Dünən həmyerlilərimiz Romada həmin ölkənin milli komandası ilə ilk yoldaşlıq oyununda qarşılaşıb və 1:0 hesabı ilə qələbə qazanıb. Yeganə qolu rəqib qapısından penalti zərbəsi ilə Xatirə Əliyeva keçirib. Qadın hokkeyçilərimiz növbəti sınaq görüşlərini iyunun 7-də və 8-də keçirəcəklər. İyunun 10-da isə həmyerlilərimiz İtaliyanın gənc qızlardan ibarət seçmə komandası ilə qarşılaşacaq.  Qeyd edək ki, İtaliya yığması da Avropa çempionatının “Trofi” yarışında iştirak edəcək və o da yüksək dəstəyə çıxmaq üçün çalışacaq. Qarşıdakı məsul yarışda millimizin A qrupundakı rəqibləri Ukrayna, Fransa və Litva təmsilçiləri olacaq. B qrupuna daxil olan italiyalılar isə Rusiya, Polşa və Avstriya hokkeyçiləri ilə yarışacaqlar.  Yığmamız Avropa çempionatına hazırlıq çərçivəsində son təlim-məşq toplanışını və yoxlama oyunlarını iyunun 28-dən iyulun 2-dək Polşada yerli hokkeyçilərlə keçirəcəklər. 

İdman24.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyun 2025
15:47

Federasiya rəsmisi Avropa Qızıl Liqası oyunlarına təyinat aldı

15:17

Yamal son 112 ildə ilk belə futbolçudur

14:50

Messi üçüncü dəfə bu mükafata sahib çıxdı

14:12

Azərbaycan millisi Belarusa yollandı

13:55

"Premyer Liqada oynayan heç bir qapıçıdan zəif deyiləm" - Orxan Sadıqlı ən böyük arzusunu dilə gətirdi

13:19

"Arsenal" braziliyalısı ilə müqavilə yenilədi

12:53

İtaliyalı hakimi qarğışa görə futboldan uzaqlaşdırdılar

12:28

Mbappe Qrizmannın rekordunu qırdı - Tarixdə beləsi olmayıb

11:39

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:14

DÇ-2026: Ançelottinin Braziliya millisindəki debütü uğurlu olmadı

10:46

Qızıl Avropa Liqası: Azərbaycan millisi Slovakiyaya qarşı

10:33

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:02

DÇ-2026: İtaliya, Xorvatiya və Belçika seçmə mərhələdə ilk sınağına çıxır - YENİLƏNİR

09:30

Qattuzo Xorvatiya klubundan ayrıldı

09:00

Veyqa Avropaya qayıtdı - RƏSMİ

08:45

Azərbaycanda Qurban bayramı qeyd olunur

00:58

Millətlər Liqası: 9 qol vuruldu, İspaniya finala yüksəldi

05 İyun 2025
23:40

"Liverpul" "Barselona"nın təklifini geri çevirdi

23:05

“Tour d’Azerbaidjan” yarışı bərpa olunur

22:39

Əliyar Ağayev növbəti təyinat alıb

22:24

Özbəkistan millisi dünya çempionatında oynamaq hüququ qazandı

21:51

Amerikalı yarımmüdafiəçi Madrid nəhəngi ilə anlaşdı - SON DURUM

21:20

MY-nin ulduzu karyerasını A Seriyasında davam etdirməyə yaxındır

20:55

"Şamaxı"da növbəti ayrılıq

20:17

"Çelsi" Mudrikin "10 nömrə"sini başqa futbolçuya verdi

19:48

Azərbaycan millilərinin Avropa Kubokundakı rəqibləri bilindi

19:15

Romalıların sabiq çalışdırıcısı Turin klubunda - RƏSMİ

18:46

"Yoxsa qalib gəlmək mümkün olmazdı" - PFL-in rəhbəri

18:19

"Real" "River Pleyt"in futbolçusunun transferini tamamladı

17:53

Atletika üzrə Yay Azərbaycan çempionatı keçiriləcək

17:35

MPK və AKF arasında əməkdaşlıq memorandumu imzalandı

17:18

"Yuventus" milli üzvü ilə müqavilə yenilədi - RƏSMİ

17:00

"Hazırda İspaniya, şübhəsiz, dünyanın ən yaxşı komandasıdır" - Didye Deşam

16:41

İspaniya nəhəngi 33 yaşlı braziliyalını transfer edə bilər

16:22

"Arsenal"ın futbolçusu İtaliya klubuna keçdi - RƏSMİ

16:04

Koul Palmer oyun nömrəsini dəyişdi

15:46

PSJ ukraynalı müdafiəçini bu qiymətə alır - SON DURUM

15:28

Azərbaycan Kuboku: PFL finalda "Araz-Naxçıvan"a qalib gəldi

15:10

İngiltərə nəhəngi niderlandlı oyunçu üçün "Milan"a bu qədər ödəyəcək - Razılıq əldə edildi

14:52

"Qarabağ"ın yay hazırlıq planı bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X