“Qəbələ” daha bir futbolçusu ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, bölgə klubu Anar Nəzirovun başa çatmış müqaviləsini yeniləməyib.
Buna səbəb “Simurq”dan David Petrkeviçlə Dmitri Kramarenkonun transfer olunmasıdı. Üstəlik “Qəbələ”nin heyətində braziliyalı qolkiper Dieqo Kosta da var.
Qeyd edək ki, 2010-cu ildən “Qəbələ”də çıxış edən Nəzirov 2012-2013 mövsümündə 16 oyunda meydana çıxıb və 1440 dəqiqə oynayıb. O, əvvəllər “Kəpəz”, “Neftçi”, “Turan” və “Standard”da işləyib və milli komandada iki oyun keçirib.
İdman24.az