Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Fanat.az xəbər verir ki, iclasda "Şüşa"nın baş məşqçisi Nadir Qasımovun müraciətinə baxıb.
Apellyasiya və Ekspert Komitəsi AFFA-nın İntizam Komitəsinin Qasımov barədə çıxardığı qərar qismən dəyişdirib. Belə ki, baş məşqçi intizam tədbiri olaraq 5 oyunluq cəzalandırılıb, digər 5 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunub. 6 aylıq sınaq müddəti ərzində Qasımov analoji hərəkətlərə yol verdiyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunacaq.
Fanat.az