Milli oyunlara görə Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən "Rəvan" əvəzedici komnadası ilə yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, hər biri 25 dəqiqədən ibarət 3 hissəlik görüşdə əsas komanda 2:0 hesabı ilə qələbə qazanıb.
Əvəzediciləri Xuan Manuel Varea və Elnur Abdulov məyus edib. Bu oyunda əsas komandada zədəli futbolçulardan - Tofiq Mikayılov və Elvin Həsənəliyevdən başqa, hamı forma geymək şansı qazanıb.
Qeyd edək ki, sabah istarahət edəcək futbolçular ayın 19-dan "Qarabağ"la matçın hazırlıqlarına başlayacaq. Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçiriləcək "Qarabağ” - "Rəvan” matçı isə noyabrın 24-ü saat 17.00-da Tofiq Bəhrəmov adına Respublika stadionunda başlayacaq.
Fanat.az