"İnter"in Türkiyənin İzmit şəhərinin yaxınlığındakı Kartepe qəsəbəsində təlim-məşq toplanışı artıq yekunlaşmaq üzrədir.
Bu gün "İnter" yoxlama görüşünə çıxacaq. Bu oyunda komanda Türkiyənin "Kartalspor" klubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, “Kartalspor” ötən mövsüm Türkiyənin 1-ci dəstəsində mübarizə aparsa da, 16-cı pilləni tutaraq 2-ci liqaya yuvarlanıb. Ancaq İstanbul klubu yenidən 1-ci dəstədə mübarizə aparmaq üçün Türkiyə Futbol Federasiyasına müraciət edib.
Əlavə edək ki, "İnter"-"Kartalspor" matçı Bakı vaxtıyla saat 18.00-da başlayacaq.
İdman24.az