Türkiyədə "Vendetta Fights” peşəkar kikboksinq turniri keçiriləcək.
Fanat.Az xəbər verir ki, ölkəmizi bu turnirdə peşəkar kikboksinq üzrə 6 qat dünya çempionu, əməkdar idman ustası, "Qəbələ” İdman Klubunun təmsilçisi, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Pərviz Abdullayev təmsil edəcək.
"Kobra” ləqəbi ilə tanınan idmançı 77 kq çəki dərəcəsində mübarizə aparacaq. Onun rəqibi Almaniyadan olan idmançı Şkodaran Veseli olacaq.
Qarşılaşma aprelin 13-də ,21:00-da baş tutacaq.Qeyd edək ki, Pərviz Abdullayev 54 görüş keçirib. İdmançımız 23-ü nokautla olmaqla, 47 qələbə qazanıb.
Fanat.Az