"Qarabağ" klubunun hücumçusu Bəxtiyar Soltanov karyerasını "Rəvan"da davam etdirəcək.
Bu barədə Qol.Az-a açıqlamasında futbolçunun özü məlumat verib.
B.Soltanov bu gün "Rəvan" klubu ilə rəsmi müqavilə imzalayacağını bildirib. Onun sözlərinə görə, müqavilənin müddəti isə bir və ya iki illik olacağı gözlənilir.
Qeyd edək ki, 23 yaşlı futbolçu ötən mövsümü "Simurq" klubunda keçirib.
İdman24.az