"Mançester Siti"nin vitse-prezidenti Ferran Soriano "Barcelona"nın super ulduzu Lionel Messinin dünyanın hər klubunda eyni performansı sərgiləyəcəyini düşünür.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, "La Nocion"a danışan Soriano, "Messi möcüzəvi oyunçudur. Ona bərabər bir oyunçu yoxdur. Başqa bir klubda da indiki kimi böyük bir sima halına gələ bilərdi. "Barcelona" ona şans yaratdı. Öz yaşından böyüklərlə top oynatdı. Beləliklə meydana hər zaman ən yaxşısını qoymasını təmin etdilər. Professional olduqdan sonra onun kontraktını davamlı olaraq yenilədik. Bu da onu sakit və rahat etdi", deyib.
A komanda ilk matçına 2004-2005-ci il mövsümündə çıxan Lionel Messi hələ 25 yaşında "Barcelona" tarixinin ən qolçu oyunçusu olmağı bacardı.
İdman24.az