Arda Turan və Sinem Koballa bağlı yeni xəbər yayılıb. Fanat.az xəbər verir ki, ulduz futbolçu ilə aktrisa sevgilisinin ayrıldığı iddia olunur.
Məlumata görə, buna səbəb cütlüyün toyunun təxirə salınması olub. Belə ki, 3 ildi sevgili olan Arda və Sinem dekabrın 26-da Çırağan Sarayında evlənməlidi. Lakin toy gələn ilin yayına saxlanılıb. Toy hazırlıqları görərkən xəyal qırıqlığına uğrayan Kobay Turandan ayrılmaq qərarına gəlib.
İndi Ardanın Sinemlə barışmağa çalışdığı və bunun üçün əlindən gələni etdiyi bildirilir.
Fanat.az