15:05 17.05.2013 1262

ARDNŞ Avropa Çempionatına sponsorluq edəcək



Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı il Futbol üzrə Avropa Çempionatı və bu turnirin seçmə oyunlarının əsas sponsorları sırasına daxil olduğunu böyük məmnunluq hissi ilə elan edir.

SOCAR və UEFA arasındakı bu əməkdaşlıq, ilk turniri 1960-cı ildə Fransada keçirilən və hər dörd ildən bir təşkil edilən, dünyanın ən mötəbər milli komanda birinciliklərindən olan və böyük auditoriya kütləsi toplayan zəngin tarixli futbol yarışına çox böyük töhfə verəcək.

Bu hadisəyə münasibət bildirən ARDNŞ-nin marketinq və investisiyalar üzrə vitse-prezidenti Elşad Nəsirov deyib:

"Biz bu gələcək yönümlü layihəyə qoşulmaqdan məmnunluq hiss edir və bildirmək istəyirik ki, ARDNŞ-nin dünya idmanı ilə əməkdaşlığı qürurverici bir hadisədir. Bu, 2012-ci ildə Azərbaycanda keçirilən FİFA U-17 Qadınlararası Dünya Çempionatından sonra bizim beynəlxalq sponsorluq sahəsində ikinci əməkdaşlıq təcrübəmizdir. Şirkətimiz Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının əsas sponsoru olaraq respublikada futbolun inkişafına daim fəal dəstək göstərir. İdmana sponsorluq olduqca vacib bir amildir və bu cür genişmiqyaslı və həyəcanverici bir yarışı dəstəkləmək bizim üçün çox əhəmiyyətllidir. Bizim fikrimizcə, bu sponsorluq ARDNŞ-nin beynəlxalq profilini yüksəltmək üçün nadir imkanlardan biridir və enerji sektorunda şirkətimizin premium brendinin əsasının qoyulması yolunda ümumi mövqeyimizi əks etdirir".

UEFA-nın marketinq direktoru Qay-Loran Epşteyn əməkdaşlıq haqqında fikrini bildirərkən qeyd edib:

"Biz SOCAR-ı Avro-2016 Çempionatının və 2014-2017-ci illərdə keçiriləcək Avropa seçmə oyunları daxil olmaqla, UEFA-nın milli komanda yarışlarının rəsmi sponsorları arasında görməkdən böyük məmnunluq duyuruq. Bu sponsorluq platforması SOCAR-a öz brendini daha geniş təbliğ etmək və hədəf auditoriyasını genişləndirmək üçün nadir imkan verir. SOCAR-ın qlobal enerji şirkətinə çevrilmək məqsədi və bizim əməkdaşlığımız Avropa futbolunu daha geniş tamaşaçı kütləsinə təqdim etmək üçün böyük imkanlar yaratmış olacaqdır".

Trend   
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyun 2025
20:08

Azərbaycan boksçuları Gürcüstandakı turnirə qatılacaqlar

19:51

"Şamaxı"nın yay hazırlıq planı bilindi

19:12

"Mingəçevir"in sabiq futbolçusunun şikayəti təmin edilmədi

18:40

Amit Quluzadə ilə bağlı qərar qüvvədə qaldı

18:13

"Fənərbağça" serblə vidalaşdı

17:48

Kloppu təhqir edən hakim kuryer işləyir

17:29

Agenti Donnarummanın İtaliya nəhənginə keçə biləcəyini təsdiqlədi

17:10

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:57

PSJ Asensio ilə bağlı qərarını verdi

16:39

"Mingəçevir"in "7 nömrə"si bu kluba keçir

16:21

"Zirə" Rüstəm Əhmədzadə ilə bağlı qərarını verdi

16:02

"İmişli" adını dəyişir?

15:43

Azərbaycan Minifutbol Federasiyasına 2 milyon manat ayrıldı

15:25

Vasili Berezutskinin yeni müqavilə şərtləri bəlli oldu - SON DURUM

15:06

"İmişli"nin ev oyunlarını keçirəcəyi stadion dəqiqləşdi

14:35

Qvardiola Joan Qarsiya ilə bağlı sualı belə cavablandırdı

14:19

"Brayton"un ekvadorlu müdafiəçisi Hansı Avropa nəhənginə keçəcək?

14:01

"Araz-Naxçıvan" aparıcı oyunçusu ilə anlaşa bilmədi

13:43

"Hələ Lamin Yamala qarşı çıxa bilən komanda görməmişəm" - Didye Deşam

13:24

Ceydon Sanço "Çelsi" ilə vidalaşdı

13:06

"Qızıl top"a iddalıların reytinqində dəyişiklik oldu - Kvaratsxeliya yeddincidir

12:48

Alman ulduz "Liverpul"da nə qədər qazanacaq? - Maaşı açıqlandı

12:30

"Neftçi" 2 legioneri ilə vidalaşdı

12:11

"Neftçi"nin yay hazırlıq planı bilindi - Türkiyəyə yox, bu ölkəyə gedəcək

11:53

"Yuventus" idman direktoru ilə vidalaşdı

11:35

Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlandı

11:19

"Turan Tovuz" bəyanat yaydı

10:48

Dövlət qurumları arasında avarçəkmə yarışı keçiriləcək

10:30

Nagelsman Portuqaliya yığmasından ehtiyatlanır

10:11

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

Azərbaycanın U-21 millisi Belarus yığması ilə qarşılaşır

09:25

Millətlər Liqası: Almaniya ilə Portuqaliya finala vəsiqə uğrunda üz-üzə - YENİLƏNİR

09:00

İtaliya nəhəngi Fabreqasa görə klubunun "qapısını döydü" - SON DURUM

00:47

"Real Madrid" 45 milyona yeni futbolçu aldı

03 İyun 2025
23:36

Çempion "Latsio"nun kapitanı ilə güclənir

22:47

Qvardiola əfsanələr üçün əyləncə təşkil etdi

22:14

"Şamaxı"da yeni müqavilə - RƏSMİ

21:50

"Əminəm ki, "Real"..." - Robert Levandovski proqnoz verdi

21:13

Simone İnzaqi "İnter"dən ayrıldı - AÇIQLAMA

20:46

Niderland millisinin qapıçısı Almaniya klubunda - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X