"Milan" idarəçilərindən olan Adriano Galliani Tevez kimi istedadlı bir oyunçunu komandada görmək istədiyini bildirib.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, "Mançester Siti"də məmnun olmadığı məlum olan və ayrılacağı xəbərləri tez-tez gündəmə gələn Tevezin adı son günlərdə "Milan"la xatırlanır.
Galliani "Onu qətiliklə komandada görmək istəyirəm. Çox istedadlı bir oyunçudur. Tevez kimi oyunçuları xoşlayıram. Amma onun "Milan" forması geyə bilməsi üçün illik ödənişini aşağı endirməsi lazımdır", deyib.
İdman24.az