Bu gün Topaz Premyer Liqasında XIV turun oyunları davam etdirilib. Fanat.az xəbər verir ki, ikinci oyun günündə bir matç baş tutub.
Günün yeganə oyununda "İnter" "Neftçi"ni qəbul edib. Hesabıç 33-cü dəqiqədə Vaqif Cavadov açıb. 63-cü dəqiqədə Flavinyo meydandan qovulub. Buna baxmayaraq, cəmi iki dəqiqə sonra "Neftçi" bərabərliyi təmin edib. Karlos Kardoso fərqlənib. 77-ci dəqiqədə Vaqif Cavadov özünün və komandasının ikinci qolunu vurub. 4 dəqiqə sonra isə Aleksandr İaşvili matçın nəticəsini müəyənləşdirib - 3:1
Qeyd edək ki, bu komandalar arasında 37-ci paytaxt derbisi olub. Bu oyunlarda üstünlük "Neftçi"nin tərəfindədi - 19 qələbə, 11 heç-heçə, 6 məğlubiyyət. "İnter" son 7 oyunda "Neftçi"yə qalib gələ bilməmişdi. Əvəzində "bankirlər" ardıcıl 8-ci paytaxt derbisində qapısında qol görüb.
Turun üç oyunu dünən keçirilib. "Bakı" "Xəzər Lənkəran"ı 3:0, "Qəbələ" AZAL-ı, "Simurq" "Sumqayıt"ı 1:0 hesabı ilə yenilib. Turun son oyunu sabah "Qarabağ"la "Rəvan" arasında keçiriləcək.
Premyer Liqa
2013/14 mövsümü
XIV tur
23 noyabr
İnter - Neftçi 3:1
Qollar: Vaqif Cavadov, 33,77; Aleksandr İaşvili, 81 - Karlos Kardoso, 65.
İnter: 1. Georgi Lomaya, 4. İvan Benites, 5. Slavko Georgievski, 7. Ruslan Əmircanov, 9. Aleksandr İaşvili (33. Matiya Spiçiç, 90), 19. Sezar Meza Kolli (11. Asif Məmmədov, 82), 20. Brüs Abdulaye, 21. Arif Daşdəmirov, 47. Abdulla Abatsiyev, 70. Vaqif Cavadov (k) (28. Baçana Tsxadadze, 90+2), 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 25. Səlahət Ağayev, 8. Mikel Alvaro, 14. İlqar Ələkbərov, 40. Joao Paulo.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Neftçi: 1. Pavel Doroşev, 2. Karlos Kardoso, 3. Denis Silva (11. Melvin Platye, 87), 6. Rəşad Sadiqov (k), 7. Araz Abdullayev, 9. Flavinyo, 10. Cavid İmamverdiyev (19. Mirhüseyn Seyidov, 46), 15. Erik Ramos, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov, 90. Ernest Nfor (14. Bahodir Nasimov, 58).
Ehtiyat oyunçular: 34. Ziyadxan Məmmədov, 5. İqor Mitreski, 28. Emin Mehdiyev, 32. Elvin Yunuszadə.
Baş məşqçi: Nazim Süleymanov.
Sarı vərəqələr: Ruslan Əmircanov, 16 (qeyri-idman hərəkəti). Derlis Meza Kolli, 63 (qeyri-idman hərəkəti). İvan Benites, 63 (qeyri-idman hərəkəti). Arif Daşdəmirov, 73 (qeyri-idman hərəkəti). Baçana Tsxadadze, 90+3 (qeyri-idman hərəkəti) - Karlos Kardoso, 14 (qeyri-idman hərəkəti). Erik Ramos, 38 (qeyri-idman hərəkəti). Araz Abdullayev, 73 (qeyri-idman hərəkəti). Mahir Şükürov, 90+3 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Flavinyo, 63 (rəqibi vurduğuna görə).
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Namiq Hüseynov, Nail Nağıyev.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Murad Məmmədov.
"Şəfa" stadionu. 1000 tamaşaçı.
1 | Qarabağ | 13 | 8 | 4 | 1 | 25-8 | 28 |
2 | Neftçi | 14 | 8 | 4 | 1 | 21-12 | 28 |
3 | Qəbələ | 14 | 8 | 2 | 4 | 21-13 | 26 |
4 | Bakı | 14 | 6 | 3 | 5 | 25-16 | 21 |
5 | İnter | 14 | 6 | 2 | 6 | 24-19 | 20 |
6 | Simurq | 14 | 4 | 6 | 4 | 12-12 | 18 |
7 | AZAL | 14 | 4 | 5 | 5 | 12-17 | 17 |
8 | Xəzər L | 14 | 3 | 5 | 6 | 10-20 | 14 |
9 | Rəvan | 13 | 1 | 5 | 7 | 8-25 | 8 |
10 | Sumqayıt | 14 | 1 | 4 | 9 | 6-22 | 7 |
Bombardirlər: Vaqif Cavadov (İnter) - 7. Əfran İsmayılov (Bakı), Mindauqas Kalonas (Bakı) - 6. Reynaldo (Qarabağ), Baçana Tsxadadze (İnter), Bahodir Nasimov (Neftçi), Nikolas Gelaşvili (Qarabağ), Leonardo da Silva (Qəbələ) - 5. Rauf Əliyev (Bakı), Junior Nildo (Xəzər Lənkəran), Daniel Subotiç (Qəbələ), Çumbinyo (Qarabağ), Viktor İbekoyi (AZAL) - 4.
Fanat.az