Lissabonda keçirilən futzal üzrə UEFA Kubokunun elit mərhələsinin D qrupunun oyunları davam edir. Fanat.az xəbər verir ki, artıq iki turun oyunu başa çatıb.
"Araz" və "Sportinq" ilk iki turda "Eyndhoven"lə "Qyor ETO"nu məğlub edib. İndi hər iki komandanın aktivində 6 xal var. Amma "Araz" top fərqinə görə rəqibindən geri qalır və turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Turnirin əsasnaməsinə əsasən "Dördlər finalı"na qrup qalibləri vəsiqə qazanacaq. Bu səbəbdən "Araz"a son turda "Sporğtinq"lə he-heçə də sərf etmir. Azərbaycan çempionu "Dördlər finalı"na vəsiqə üçün mütləq qələbə qazanmalıdı.
Qeyd edək ki, son turun görüşləri sabah keçiriləcək. "Eyndhoven" "Qyor"la (18:30), "Araz" "Sportinq"lə (21:00) qarşılaşacaq.
1. Sportinq | 2 | 2 | 0 | 0 | 12-2 | 10 | 6 |
2. Araz | 2 | 2 | 0 | 0 | 11-3 | 8 | 6 |
3. Eyndhoven | 2 | 0 | 0 | 2 | 4-12 | -8 | 0 |
4. Qyor | 2 | 0 | 0 | 2 | 1-11 | -10 | 0 |
Fanat.az