Dünən evdə “Şuşa”nı məğlub edən "Araz" minimal hesablı qələbə qazandı - 1:0. Matçda yeganə qolun müəllifi olan Elmin Çobanov klubun rəsmi "Facebook" səhifəsinin suallarını cavablandırıb.
- Elmin, əvvəla təbrik edirik ki, komanda bu gün qələbə qazandı.
- Çox sağ olun. Bütün bu qələbəyə sevinənləri də mən öz adımdan və komandamız adından təbrik edirəm.
- Ümumilikdə, rəqibi necə dəyərləndirərdin?
- Rəqib heç də zəif deyildi. Maraqlısı odu ki, bu il I divizonda bir-iki komandanı çıxsaq, qalan komandalar hamısı güclü heyətə malikdilər. Ona görə də biz hər oyuna sonuncu matç kimi çıxırıq.
- Artıq "Araz"da qol hesabını açmısan və aktivində 4 qol var. Qolların davamı gələcək? Azarkeşlər səndən bunun davamını gözləsin?
- İnşallah. Allahın köməyi ilə axrıncı yox, axarıncı qol olacaq.
- "Araz" azarkeşləri komandanın futbolçuların hərəsinə bir ləqəb qoyub. Onlar səni komandanın "katyuşası" adlandırır. Bunun da mənası odu ki, əsasən rəqiblərin qapısına uzaq məsafələrdən qollar vururusan. Bu ləqəb sənə necə təsir bağışlayır?
- Əlbəttdə gözəl təsir bağışlayır. Deməli nə isə etmişəm ki, onlar bu ləqəbi mənə veriblər. Bu həm də məsuliyyətdi. Çalışacağım ki, onların bu etimadını doğruldum.
- Ev oyunlarında azarkeş sarıdan korluq çəkməmisiniz. Səfər oyunları müxtəlif bölgələrdə keçirilsə də, artıq 2 (red. Qusar və Bakıda) oyundu ki, azarkeşlər sizi səfərdə də dəstəkləyir. Həmin oyunlarda necə, azarkeş amili oyununuza təsir edibmi?
- Əbəs yerə azarkeşlərə 12-ci oyunçu deyilmir. Qusarda “Şahdağ” və Bakıda MOİK-lə baş tutan görüşdə onlardan lazımi dəstəyi gördük və onları sevindirdiyimizdən xoşbəxtik. İnanıram ki, qarşıdakı Mingəçevir səfərində də onlar bizi tək buraxmayacaqlar.
- Qarşıda Mingəçevir “Energetik”i ilə, ardınca "Simurq"la kubok matçı var. "Simurq"u "offsayd"da salmaq mümkün olacaq?
- Məğlubedilməz komanda yoxdu. Bu gün "Simurq"un Premyer Liqada oynaması bizi qorxutmur. Komandamıza inanıram.
- Bu gün meydana çıxanda qol vuracağına ümidli idin, yoxsa təsadüf alındı?
- Nəinki bu gün, hər dəfə meydana çıxanda qol vurmaq eşqi ilə çıxıram. İmkan düşəndə qol vurmağa çalışıram. Məqsədim odur ki, məqşilər korpusunun mənə olan etimadını, inamını doğruldum. Əsas komanda qələbə qazanır və istəyimizə nail oluruq.
- Maraqlıdı, Elmin Çobanov bu qolu kimə həsr etdi?
- Ailəmə həsr edirəm. Çünki bu gün bir futbolçu kimi yetişməyimdə ailəmin rolu danılmazdı.
Fanat.az