Bu gün Topaz Premyer Liqasında XIV turun oyunlarına yekun vurulub. Fanat.az xəbər verir ki, son oyun günündə bir matç baş tutub.
Günün yeganə oyununda lider "Qarabağ" çempionatın autsayderlərindən olan "Rəvan"ı qəbul edib. Komandaların bütün cəhdləri nəticəsiz qalıb və tərəflər hərəyə bir xal qazanıb - 0:0. Bu nəticə "Qarabağ"ın turnir cədvəlində vahid lider olması üçün yetərli olub. "Neftçi" dünən uduzduğundan ağdamlılar əsas rəqiblərini 1 xal qabaqlayıb.
Qeyd edək ki, bu oyun komandalar arasında Premyer Liqada 6-cı qarşılaşma olub. Paytaxt təmsilçisi 6 oyunda "Qarabağ"a qalib gələ bilməyib. 6 oyundan ikisində "Qarabağ" qalib gəlib, dördü heç-heçə başa çatıb (top fərqi - 7:4). Ağdamlılar "Rəvan"la ev oyunlarında qol da buraxmayıb.
Onu da qeyd edək ki, ilk iki oyun günündə 4 matç baş tutub. "Bakı" "Xəzər Lənkəran"ı 3:0, "İnter" "Neftçi"ni 3:1, "Qəbələ" AZAL-ı, "Simurq" "Sumqayıt"ı 1:0 hesabı ilə yenib.
Premyer Liqa
2013/14 mövsümü
XIV tur
24 noyabr
Qarabağ - Rəvan 0:0
Qarabağ: 13. İbrahim Sehiç, 2. Qara Qarayev (6. Hacı Əhmədov, 46), 5. Maksim Medvedev, 7. Namiq Yusifov, 9. Reynaldo Silva, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 41. Leroy Corc (17. Vüqar Nadirov, 75), 55. Bədavi Hüseynov, 70. Çumbinyo, 99. Nikolas Gelaşvili (10. Muarem Muarem, 83).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 11. Ulriş Kapolonqo, 18. İlqar Qurbanov, 44. Eltun Yaqublu.
Baş məşqçi: Qurban Qurbanov.
Rəvan: 1. Lukaş Sapela, 5. Aqil Nəbiyev, 8. Frederik Holster (11. Kamil Nurəhmədov, 46), 9. Elnur Abdulov, 14. Xuan Manuel Varea, 19. Hüseyn Axundov (6. Ceyhun Cavadov, 65), 20. Miloş Adamoviç, 21. Novruz Məmmədov (k), 27. Rəşad Abdullayev (17. Ramazan Abbasov, 79), 30. Cəmşid Məhərrəmov, 38. İvan Pexa.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 24. Yamin Ağakərimzadə, 25. Ayaz Mehdiyev, 33. Sahib Savankulov.
Baş məşqçi: Şahin Diniyev.
Sarı vərəqələr: Namiq Yusifov, 13 (rəqibi tutduğuna görə). Hacı Əhmədov, 87 (qeyri-idman hərəkəti) - Cəmşid Məhərrəmov, 35 (rəqibi tutduğuna görə). Rəşad Abdullayev, 37 (bilərəkdən əllə oyun).
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Rza Məmmədov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Tofiq Bəhramov adına Respublika stadionu. 700 tamaşaçı.
1 | Qarabağ | 14 | 8 | 5 | 1 | 25-8 | 29 |
2 | Neftçi | 14 | 8 | 4 | 2 | 21-12 | 28 |
3 | Qəbələ | 14 | 8 | 2 | 4 | 21-13 | 26 |
4 | Bakı | 14 | 6 | 3 | 5 | 25-16 | 21 |
5 | İnter | 14 | 6 | 2 | 6 | 24-19 | 20 |
6 | Simurq | 14 | 4 | 6 | 4 | 12-12 | 18 |
7 | AZAL | 14 | 4 | 5 | 5 | 12-17 | 17 |
8 | Xəzər L | 14 | 3 | 5 | 6 | 10-20 | 14 |
9 | Rəvan | 14 | 1 | 6 | 7 | 8-25 | 9 |
10 | Sumqayıt | 14 | 1 | 4 | 9 | 6-22 | 7 |
Bombardirlər: Vaqif Cavadov (İnter) - 7. Əfran İsmayılov (Bakı), Mindauqas Kalonas (Bakı) - 6. Reynaldo (Qarabağ), Baçana Tsxadadze (İnter), Bahodir Nasimov (Neftçi), Nikolas Gelaşvili (Qarabağ), Leonardo da Silva (Qəbələ) - 5. Rauf Əliyev (Bakı), Junior Nildo (Xəzər Lənkəran), Daniel Subotiç (Qəbələ), Çumbinyo (Qarabağ), Viktor İbekoyi (AZAL) - 4.
Fanat.az