Türkiyənin İzmit şəhərinin yaxınlığındakı Kartepe qəsəbəsində təlim-məşq toplanışı keçirən "İnter" yoxlama görüşünə çıxmışdı.
"Kartalspor" klubuyla üz-üzə gələn Kaxaber Tsxadadzenin yetirmələri bu görüşdə rəqibin qapısına 13 cavabsız top vurublar. Komandanın heyətində Ramil Mansurov 4, Mirsahib Abbasov isə 3 dəfə fərqləniblər, 2 qola Baçana Tsxadadze və Daniel Genov imza atıblar, digər topları isə rəqibin qapısına Aleksandr İaşvili və Samir Zərgərov keçiriblər.
İdman24.az