11:24 25.11.2013 608

"Sportinq" "fair-play" qaydalarına..." - MÜSAHİBƏ

"Araz" futzal klubunun baş məşqçisi Joze Alesio Da Silvanın müsahibəsi
 
- Mümkünsə, söhbətimizə xronoloji ardıcıllığı pozmaqla başlayaq. “Sportinq”ə qarşı keçirilmiş oyunla bağlı nə deyə bilərsiniz?
- Bizi ağır oyun gözlədiyini bilirdik. Üstəlik, qələbə qazanmaqdan başqa yolumuz yox idi. Vurulmuş və buraxılmış topların fərqi "Sportinq"in xeyrinə olduğuna görə, heç-heçə rəqibin işinə yarayacaqdı. Oyunöncəsi uşaqlarda həyəcan var idi. Necə olacağını bilmirdik. Oyun çox gərgin alındı. Hesabda 1 top fərqi ilə öndə idik. Lakin bütün gücümüzü səfərbər etdik və lazım olan nəticəni qazandıq.
 
- Əvvəlki iki oyunla müqayisədə bu dəfə komandanı fərqli taktika ilə oynatdınız. Qarşılaşmanın taleyini taktiki dəyişikliyin həll etdiyini demək olarmı?
- Rəqibin oyunlarını izləmişdik. Artıq onların necə oynadığına bələd idik. Uşaqlarla da məsləhətləşdik ki, necə oynayaq. Çalışdıq ki, çox şeyi dəyişməyək. Rəqibə pressinq tətbiq etdik. Onlar pressinqdən çıxan zaman isə müdafiədə fərqli oynamaqla topu qazanmağa çalışdıq. Uşaqlar oyuna yaxşı köklənmişdilər. Çox həvəsli və istəkli idilər. Yekunda da bunun bəhrəsini gördük. Qələbə istəyimizin çox olması nəticəyə böyük təsir göstərdi.
 
- Portuqaliya klubu ilə Portuqaliyada qarşılaşmaq nə qədər çətindi?
- Azarkeşlərin bu cür çılğınlıq edəcəyini gözləyirdik. Çünki portuqaliyalı azarkeşlər hər zaman belədi. Sadəcə, xoşuma gəlməyən bir məqam oldu. Rəqib "fair-play" qaydalarına uyğun olmayan hərəkət etdi. Onların məşqçisi bizim ehtiyat oyunçular skamyamıza yaxınlaşıb mənim taktiki dəyişikliklərimi, verdiyim tapşırıqları qeyd edir, baş məşqçilərinə ötürürdü. Bu, yaxşı hal deyil.
 
- Davinin fitə basılması onun oyununa nə dərəcədə təsir etdi?
- O, belə şeylərə alışıb. Bu cür halla əvvəllər də qarşılaşıb. Ona görə də ciddi problem yaşadığını düşünmürəm. Çünki Davi əvvəllər “Benfika”dan “Sportinq”ə keçən zaman da bu vəziyyətlə üzləşmişdi.
 
- Növbəti planlar nə vaxt bəlli olacaq?
- Bakıya döndükdən sonra məşqə çıxacağıq. Ertəsi gün isə bizi çempionatda “Fənərbaxça” ilə çətin qarşılaşma gözləyir.
 
- “Dördlər finalı”nda hansı komandaların çıxış edəcəyini bilirsiz. Hazırkı heyəti gücləndirməyə ehtiyac varmı?
- Yaxşı komandamız var. Bununla belə, ən azı iki-üç mövqeni gücləndirməyə ehtiyac duyuram.

affa.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

Facebookdan bizi izləməyi unutmayın.
X