Joze Mourinyonun "Çelsi"yə yenidən baş məşqçi olaraq getməsindən sonra "Qalatasaray"ın oyunçusu Uesli Sneyderin də "Çelsi"yə gedəcəyi dedi-qoduları dolaşır.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, "Cimbom" prezidenti Ünal Aysalın 15 milyon avroluq təklif gələrsə, Sneyderi verəcəyini söyləməsindən sonra bu dedi-qodular geniş vüsət aldı. Sneyder ilə "Tottenhem"in də maraqlandığı iddia olunur.
İdman24.az