Macarıstan yığmasının sabiq üzvü Leandro karyerasını Azərbaycanda davam etdirə bilər. Fanat.az xəbər verir ki, bu barədə Cənubi Kipr mətbuatı məlumat yayıb.
Lakin həmkarlarımız Braziliya əsilli yarımmüdafiəçinin hansı klubumuzun maraq dairəsində olduğunu açıqlamayıb. Lakin klublarımızdan birinin ona 300 min avro təklif etdiyi deyilir. Leandronun təklifə müsbət cavab verəcəyi gözlənilir.
Qeyd edək ki, tam adı Leandro Markolini Pedrozo de Almeyda olan 31 yaşlı yarımmüdafiəçi Macarıstanın MTK (1999-2000, 2 oyun), «Büki» (2000, 10 oyun), «Haladaş» (2001-2002, 52 oyun, 11 qol), «Ferençvaros» (2002-2006, 85 oyun, 7 qol) və «Debretsen» (2006-2009, 95 oyun, 23 qol) klublarında çıxış edib. 2005-ci ildə Braziliyanın «Atletiko Paranaense» klubuna icarəyə verilən (4 oyun) Leandro 2010-cu ildən Cənubi Kipr «Omoniya»sının formasını geyinirdi (89 oyun, 12 qol).
Leandro 2003-cü ildə Macarıstan U-21-də 4 oyun keçirib, 2004-2007-ci illərdə isə A Milliyə dəvət alıb. Bu müddətdə o, 10 oyuna çıxıb.
Leandronun qazandığı titullar:
MTK
Macarıstan Kuboku: 1999/00
Ferençvaros
Macarıstan çempionluğu: 2003/04
Macarıstan Kuboku: 2002/03, 2003/04
Debretsen
Macarıstan çempionluğu: 2006/07, 2008/09
Macarıstan Kuboku: 2007/08
Macarıstan Super Kuboku: 2007, 2009
Atletiko Paranaense
Kampeonato Paranaense: 2005
Omoniya
Cənubi Kipr çempionluğu: 2009-10
Cənubi Kipr Kuboku: 2011, 2012
Cənubi Kipr Super Kuboku: 2010, 2012
İdman24.az