Braziliyanın ulduz hücumçusu Neymar Konfederasiya kubokunu qazana biləcək gücdə olduqlarını söyləyib.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, Neymar "Bizi tənqid edənləri haqsız çıxarmaq kimi məqsədimiz yoxdur. Başqalarının nə dediyinə əhəmiyyət vermirik. Özümüz üçün oynayırıq. Konfederasiya kubokunu qazanacaq gücdə olduğumuzu sübut etdik", deyib.