“Çelsi” klubunun texniki heyətinin və futbolçularının iştirakı ilə iclas keçirilib.
Qol.Az-ın yaydığı xəbərə görə, iclasda komandaya növbəti mövsümdən rəhbərlik edəcək yeni baş məşqçinin adı açıqlanıb.
Gözlənildiyi kimi, bu, hazırda “Real”ı çalışdıran Joze Mourinyo olub.
Bildirilib ki, bu həftənin sonuna qədər Mourinyonun “Çelsi”yə keçəcəyi rəsmən elan ediləcək.
Xatırladaq ki. Mourinyo 2004-2007-ci illərdə “Çelsi”də işləyib. Bu komandaylaiki dəfə İngiltərə çempionu, İngiltərə kuboku, liqa kuboku və ölkə superkubokunun qalibi olub.
İdman24.az