Sağ dizində problemlər yaşayan "Real Madrid"in ulduzu Kərim Benzema ölkəsində əməliyyat olunub.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, ulduz futbolçu əməliyyatdan öncə Fransa formasını Braziliya yığmasına qarşı geymişdi. Benzemanın Lion şəhərində bıçaq altına girdiyi bildirilir.
Qeyd edək ki, fransız futbolçu ötən mövsüm 11 qol vurub.
İdman24.az