17:05 07.10.2019 2081

Azərbaycanlı dünya çempionu: "Ermənilər bizə həsrətlə baxırdılar" - FOTOLAR

Fanat.Az Gürcüstanın paytaxtı Tiflisdə pauerliftinqin qarışıq ağırlıqqaldırma növü üzrə dünya çempionatının qalibi olan Anar Məmmədovun "Report"a müsahibəsini təqdim edir:

- Yarışla bağlı təəssüratlarınız necədir?
- Mundialda bir çox ölkənin idmançıları iştirak edirdi. Mən 125 kq çəki dərəcəsində mübarizə aparırdım. Əsasən, Ermənistan və İran yığmalarının üzvləri üstünlük təşkil edirdi. Əsas rəqiblərim də elə yerli pauerliftinqçilərlə yanaşı, məhz ermənilər və iranlılar idilər. Bu idman növündə onlar daha aktivdirlər. Sevinirəm ki, yarışın qalibi ola bildim, diplomumu və medalımı aldım.

- Ermənistan idmançılarını da üstələmisiniz. Hansı hissləri keçirirsiniz?
- Onlar yarışa güclü idmançılarla qatılmışdılar. Yaxşı mübarizə gedirdi. Bütün bunlara rəğmən, hamısını üstələyə bildik və bayrağımızı qaldırdıq.

- Onlar sizə məğlub olduqdan sonra hansı reaksiyanı verdilər?
- Şəkil çəkdirən zaman bayraqları bizim bayraqdan aşağıda qaldı. Bizə paxıllıq edir və həsrətlə baxırdılar. Bizim komandada 20-dək idmançı var idi. Demək olar ki, hamısı medal qazandı. 50-yə yaxın isə erməni olardı. Onların əksəriyyəti bizim idmançılara uduzdular.

- Həmin ölkə idmançılarının sizə məğlubiyyəti hər hansı insidentə səbəb olmadı?
- Xeyr, amma, sadəcə, qıcıqlanır, məğlubiyyəti qəbul edə bilmirdilər. Bizə qarşı necə olduqlarını büruzə verirdilər. Deyirdilər ki, növbəti yarışlarda sizi məğlub edəcəyik. Tək məndən yox, artıq bütün komandamızdan revanş almaq istəyirlər. Əsas rəqib Ermənistan təmsilçiləri idi və hər çəkidə çoxluq təşkil edirdilər. Demək olar ki, hamısında uduzdular. Çünki biz onlardan güclüyük, hər zaman üstələyə bilirik.

- İdmandan başqa hansısa sahədə çalışırsınız?
- Bəli. "Azərbaycan Dəmir Yolları”nda çalışıram. Keşlə sahə məntəqəsində sahə rəisi vəzifəsindəyəm.

- Peşəniz idmanla məşğul olmağınıza maneə törətmir?
- Xeyr. Rəhbərlik bizə istənilən şəraiti yaradıb. Məni qələbə münasibəti ilə təbrik ediblər. Qızıl medal qazanmağımla bağlı məni qəbul edəcəklər. Düşünürəm ki, bu nailiyyətim bir dəmiryolçu kimi oktyabrın 13-də qeyd edəcəyimiz peşə bayramına ən gözəl hədiyyəm olacaq.
 










Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

Facebookdan bizi izləməyi unutmayın.
X