«İnter» Kaxaber Tsxadadze ilə bağlı qərarını verib. İdman24.az xəbər verir ki, gürcü mütəxəssis bank klubunda saxlanılıb.
Artıq onunla müqavilə də imzalanıb. Anlaşmaya əsasən Tsxadedze növbəti mövsümün sonunadək «İnter»i çalışdıracaq.
Qeyd edək ki, Tsxadadze 2009-cu ildən «İnter»i çalışdırır və 2009-2010 mövsümündə komandanı çempion edib. Gürcü mütəxəssis «İnter»dən əvvəl «Standard»a rəhbərlik edib.
İdman24.az