Arda Turan atasının ən böyük arzusunu həyata keçirmək qərarına gəlib. Fanat.az xəbər verir ki, futbolçunun atasının ən böyük arzusu yanacaqdoldurma məntəqəsi açmaq olub.
Arda bu məqsədlə Bayrampaşada 870 min dollara ərazi alıb. Türkiyə millisinin üzvü bu arada yanacaqdoldurma məntəqəsi açacaq.
Xatırladaq ki, Arda bundan əvvəl ailəsi üçün Büyükçekmecedə 400 min lirəyə villa və Bayrampaşada bir ev almışdı.
Fanat.az