"İnter"in baş məşqçisi Kaxaber Tsxadadze və "Simurq"u çalışdıran həmyerlisi Georgi Çixradze bu gün Azərbaycanı tərk edəcək. Fanat.az xəbər verir ki, gürcü mütəxəssislər Ukraynaya yollanacaq.
Tsxadadze və Çixradze "Pro" lisenziyasının vaxtını artırmaq üçün bu ölkəyə səfər edəcək. Onlar Azərbaycana dekabrın 5-də qayıdacaqlar. Bu isə o "İnter"in "Şuşa", "Simurq"un "Araz"la kubok oyununa baş məşqçisiz çıxacağı deməedi. Onları köməkçiləri əvəzləyəcək.
Fanat.az