"Simurq"un baş məşqçisi Georgi Çixradzenin Ukraynaya yollanması barədə xəbər vermişdik. Gürcü mütəxəssis sabahdan etibarən Ukrayna Futbol Federasiyasının təşkil etdiyi "Pro" məşqçi kurslarında iştirak edəcək. 2009-cu ildə bu kateqoriyanı alan Çixradze, lisenziyasının vaxtını artırmaq üçün seminarlara qatılacaq və dekabrın 5-də ölkəyə qayıdacaq.
Artıq Çixradzenin yoxluğunda "Simurq"a kimin rəhbərlik edəcəyi bəlli olub. Fanat.az xəbər verir ki, ölkə kubokunun 1/8 final mərhələsi çərçivəsində dekabrın 4-də "Araz"la oyuna komandanı köməkçi-məşqçi İqor getman çıxaracaq.
Fanat.az